DAĞ VƏ TAŞ

Hər yer, bütün çevrə, hər tərəf. (“Kitabi-Dədə Qorqud” leksikası)

DAĞ-DÜYÜN
DAĞAR
OBASTAN VİKİ
Adam-Taş
Erol Taş
Erol Taş (türk. Erol Taş 28 fevral 1926 və ya 28 fevral 1928, Ərzurum – 8 noyabr 1998, İstanbul) — Türkiyə kinoaktyoru. Yeşilçamın önəmli simalarından biri. Keçmiş boksçu olan Erol Taş filmlərdə əsasən mənfi obrazlar yaratmışdır. İrili-xırdalı 600-ə yaxın filmdə müxtəlif rollar oynayan Erol Taş oynadığı filmlərin cəmi 6-da baş rolları ifa etmişdir. == Həyatı == Erol Taş 28 fevral 1926-cı ildə Ərzurumda anadan olub. Erol iki yaşında olanda atası vəfat edir, bundan sonra ailə İstanbula köçür. İbtidai məktəbi bitirdikdən sonra çətin maddi vəziyyətə görə təhsilini yarımçıq qoyaraq erkən işə başlamalı olur. Uşaq ikən boksla məşğul idi. 1947-ci ildə Erol boks üzrə İstanbul və Türkiyə çempionatında ikincilik qazanmışdır.
Ottuk Taş
Ottuk Taş — abidə; Uluğ-kem çayının yanında Ottuk-taş adlanan dağın ətrafında Oşurkov tərəfindən tapılıb. Daşın uzunluğu 87 sm-dir. İlk dəfə V. V. Radlov tərəfindən nəşr edilib.
Saymaluu-Taş
Saymaluu-Taş (qırğız dilində "işlənmiş" və ya "naxışlı daşlar" mənasını verir) ― Qırğızıstanın Cəlalabad vilayətində yerləşən petroqlif sahəsi. Ağ-qara rəngli şəkillər halındakı 10 000-dən çox - bəlkə də 11 000-ə qədər oyma təsvir bu yeri qayaüstü təsvirlərin dünya əhəmiyyətli kolleksiyası halına gətirmişdir. Bunlar aşağı vadidəki qədim insanların təqdim etdiyi qurbanların müqəddəs təqdimatdır. 29 yanvar 2001-ci il tarixində UNESCO üzrə Qırğızıstan Milli Komissiyası ərazinin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsini təklif etmişdir. Beləliklə bura "Saymaluu-Taş petroqlifləri" adı ilə UNESCO-nun ilkin siyahısına, (iii), (iv) və (vi) kriteriyaları üzrə mədəniyyət kateqoriyasının daxil edilmişdir. Petroqliflər 3,200 metr (10,500 ft) yüksəkliyindəki olan Fərqanə silsiləsində, alçaq bir dağ silsiləsi ilə ayrılmış iki yüksək vadidə yerləşir. Ərazi Kazarman kəndinin 30 kilometr (19 mil) cənubundadır. Kazarman kəndindən qısa bir məsafəyə qədər yalnız ciplərin gedə biləcəyi bir yol mövcud olsa da, ərazinin qalan hissəsinə təxminən bir gün boyunca piyada və ya atla getmək olar və bu ancaq təxminən avqust ayında mümkündür. Digər vaxtlarda mövcud olan qarlı hava şəraiti əraziya çatmağın praktik olmadığını göstərir. Gəzinti üç gün ciplə, yeddi gün atla davam edir.
Taş-Kumır
Taş-Kumır, Daş-Gömür (qırğız dilində - Ташкөмүр) — Qırğızıstanın Cəlalabad vilayətində vilayət tabeli şəhər. Qırğızıstanda 2009-cü ildə aparılmış əhalinin siyahıya alınmasına görə Taş-Kumır şəhərinin əhalisi 34 756 nəfərdir. Onlardan 30 530 nəfərini (87,8 %) qırğızlar, 2635 nəfərini (7,6 %) özbəklər, 680 nəfərini (1,9 %) ruslar, 542 nəfərini (1,6 %) tatarlar təşkil edirlər . Hazırda şəhərin tərkibinə Şamaldı-Say, Kızıljar qəsəbələri və Tendik kəndi də daxildir. 1999-cu ildə qırğızlar əhalinin 65 %, ruslar — 12 %, özbəklər — 8 %, qazaxlar — 1 %, tatarlar — 7 %, taciklər— 0,5 %, ukraynalılar — 1 %, digər millətlər— 5 %-ni təşkil edirdilər. Taş-Kumır şəhəri Fərqanə vadisinin şimal-şərq hissəsində yerləşir. Şəhər şimal-qərb tərəfdən Aksıy rayonu, şimal-şərq tərəfdən Kara-Kul şəhəri, şərqdən Nooken rayonu ilə sərhəddir. Şəhərin ərazisi 48.3 kv.km.-dir, dəniz səviyyəsindən 585 metr yüksəklikdə yerləşir. Yay dövründə havanın orta temperaturu +40 °S-dək yüksəlir, qış dövründə temperatur −15 °S-dək düşür. Küləyin sürəti saatda 6-8 metrə çatır.
Taş Rabat
Taş Rabat — Qırğızıstanın Narın vilayətinin Atbaşı rayonunda qədim karvansara. Taş Rabat karvansarası Böyük İpək yolunun yaxınlığında, Fərqanə vadisi ilə İssık-Kul gölünü birləşdirən strateji əhəmiyyətli bir məkanda yerləşdiyi üçün burada insanlar lap qədim dövrlərdən məskunlaşmağa başlamışdılar, amma sərt iqlimə malik olan bu yerdə yaşayan insanların bu gün də öz nəhəngliyi və möhtəşəmliyi ilə hamını heyran qoyan qalanı hansı məqsədlər üçün inşa etdikləri hələ də bir sirr olaraq qalmaqdadır. İş orasındadır ki, Qobi səhrasından Xəzər dənizinədək uzanan böyük bir ərazidə böyük daşlardan istifadə etməklə tikilən bu qalanın analoqu yoxdur. Taş Rabat karvansarası elə inşa edilib ki, günəş çıxanda onun 4 tərəfini eyni zamanda işıqlandırır. Daşlara düşən günəş işığı otaqlarda valehedici qəribə bir mənzərə əmələ gətirir. Bir sözlə, qala divarlarına düşən günəş şüaları otaqların isidilməsində bir enerji, istilik mənbəyi rolunu oynayır. Qalanı tədqiq edən alimlər bu günə kimi qədim memarların bu qala daşlarından otaqların isidilməsi üçün necə enerji mənbəyi kimi istifadə etmələrinin sirrini aça bilməyiblər. Nə qədər qəribə olsa da qalanın bəzi yerlərində bərpa işləri aparıldıqdan sonra məlum olub ki, istifadə edilən yeni daşlar artıq istilik mənbəyi rolunu oynaya bilmirlər. Tədqiqatçıların son araşdırmaları göstərir ki, bayırda 30 dərəcəyədək şaxta olduqda belə otaqlarda müsbət 10–18 dərəcə istilik olur. Şaxta 40 dərəcəyə çatanda isə otaqları isitmək üçün buxarı tipli isitmə sistemindən istifadə edilib.
Taş adası
Taş adası — Şimal Torpağının tərkib hissəsidir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizi ilə Vilkiç boğazı arasında yerləşir. Bolşevik adasında yerləşən Mordivin burnundan 1 kilometrə yaxın məsafədə yerləşir. 500 metr uzunluğa malikdir. Ərazisində hündürlük yoxdur. Şimalında laqun məşəlli göl vardır.
Tolqa Taş
Yakup Taş
Yakup Taş (16 iyun 1959, Adıyaman – 7 fevral 2023, Adıyaman ili) – Türkiyə siyasətçisi və iş adamı. 2018-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Adıyamandan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. Təsərrüfat, Meşə və Kənd İşləri Komissiyasının üzvü idi. 1959-cu ildə Adıyamanda doğulmuşdur. Adıyamanda kənd təsərrüfatı və ticarət sahələrində fəaliyyət göstərmişdir. Adıyaman İdman Klubunun prezidenti və Adıyaman Kənd Təsərrüfatı Otağının sədri olmuşdur. 2018-ci ildə baş tutmuş seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasının Adıyaman təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür. Adıyamanda dəfn olunmuşdur. Evli və altı uşaq atası idi.
Ayyüce Türkeş Taş
Ayyüce Türkeş Taş (2 oktyabr 1977, Ankara ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Ayyüce Türkeş Taş 1977-ci ildə Ankarada anadan olub. MHP qurucusu Alparslan Türkeşin qızıdır. İbtidai və orta təhsilini Ankarada alıb. 2000-ci ildə Bilkent Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. 2003-cü ildə İstanbul Bilgi Universitetində magistr dərəcəsi alıb. 2010-cu ildə isə Mərmərə Universitetində dissertasiya işini müdafiə edib və PhD dərəcəsi alıb. 12 il maliyyə sahəsində çalışıb. 2011-ci ildə iş adamı Egemen Taşla evlənib və 2011-2023-cü illərdə Birləşmiş Ştatlarda çalışıb. 2023-cü ildə vətənə qayıdıb və Adana ilinin Kozan ilçəsində yaşamağa başlayıb.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1. Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır.
Dülyam (dağ)
Dülyam — Lerik rayonu ərazisində dağ. == Toponimi == Oronim talış dilindəki dü(iki) və lyam (yaylaq) komponentlərindən düzəlib, "iki yaylaq" mənasındadır. == Həmçinin bax == Kömürgöy Qızyurdu == İstinadlar == == Xarici keçid == haqqinda.az/Tariximiz.
Dəlikdaş (dağ)
Dəlikdaş — Xocalı rayonunun şərqində dağ. Qarabağ silsiləsinin qərb yamacında zirvədir. Hündürlüyü 2304 m. Vulkan mənşəlidir. Qayalarında təbii oyuqların olması ilə əlaqədar dağ belə adlandırılmışdır. Daş komponenti burada "qaya" mənasındadır. Türkdilli xalqların toponimiyasında dəlik komponentini əvəz edən deşik sözünə təsadüf edilir: Deşikdaş (Özbəkistanın Surxandərya vilayətində Barsuktaq dağında paleolit dövrünə aid mağara), Deşikqala (Qaraqalpaq Respublikasının Turtqul rayonunda qədim dövrə aid qəsr xarabalığı) və s.
Dəmirçitəpə (dağ)
Dəmirçitəpə-Quba rayonu ərazisində dağ. == Toponimi == Qaraçayla Qudyal çayı arasındakı sıra dağlar üstündəki zirvələrdən biridir. Tədqiqatçılar oronimi buradakı təpələrdən birində yaylağa gedən elat camaatına mövsümi xidmət göstərmək üçün dəmirçilərin müvəqqəti yurdu olması ilə əlaqələndirirlər. Etnotoponim olması da mümkündür.
Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. == Toponimikası == Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.
Gicəki dağ
Gicəki dağı — Azərbaycan Respublikasının Qobustan rayonunun ərazisində alçaqdağlıq tirə. Gicəki tirəsinin ən yüksək zirvəsi Gicəki dağıdır. (hünd.1047.) metrdir.
Göyərçin (dağ)
Göyərçin- Azərbaycan Respublikasının Qazax rayonunda dağ. 2. Qobustanda palçıq vulkanı; 3. Cəbrayıl rayonunda dağ. Tədqiqatçılara görə, bu oronimlər peçeneq tayfalarından biri olan küyərçilərin adını əks etdirir. Türkiyənin Qars əyalətinin Kağızman qəzasında Göyərçin adlı iki kənd və bir dağ, keçmiş Cavad qəzasında Göyərçin adlı qışlaq, İrəvan qəzasında Göyərçin adlı xarabalıq, Quba rayonunun Gürzalı kəndində Göyərçin qayası, Laçın rayonunun Minkənd kəndində Göyərçinli təpə və s. qeydə alınmışdır.
Göyəzən (dağ)
Göyəzən dağı — Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Azərbaycanın Qazax rayonunun ərazisindədir. == Ümumi məlumat == Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər.
Güllücə (dağ)
Güllücə — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində dağ aşırımı. Ziyarət zirvəsindən bir qədər Şimalda yerləşir. Hündürlüyü 2387 m. Maldar ellərin yaylaq yurdlarından biri olan Güllücə gul-çiçəklə zəngin olduğu üçün belə adlandırılmışdır.
Hərtis (dağ)
Hərtis — Azərbaycan Respublikası Qubadlı rayonunun ərazisində, Bərguşad silsiləsinin cənub-şərq qurtaracağında yerləşən dağ. Hündürlüyü 1279 metrdir. Hərtiz kəndinin cənubundadır. Qartikiz, Xartıüz variantlarında qeydə alınmışdır. Oronim metal alətləri itiləmək üçün istifadə edilən xart və ya qart (bülöv) daşının adından və üz sözlərindən ibarət olub, xart daşı olan dağ mənasında olması ehtimal edilir.
Kom (dağ)
Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.
Kopaonik (dağ)
Kopaonik (alb. Kopaoniku; serb. Копаоник) — Mərkəzi Serbiya və Kosovo ərazisində yerləşən dağ massivi. Kopaonik Raşka və Rasin vilayətlərini əhatə edir. == Ümumi məlumat == Kopaonik Serbiyanın ən böyük və uzun dağ masivvi hesab olunur. Massivin uzunluğu - 120 km, eni - 63 km, ən yüksək zirvəsi isə Pançiça Pikidir (2017 m). Dağ massivi kristallik şist, qranit və serpentinit tipli süxurlardan təşkil olunub. Massivin sahəsi - 2700 км²-dir. Kapaonikin mərkəzi hissəsində sahəsi 118 km² olan eyni adlı milli park yerləşir. Park 1981-ci ildə qurulmuş.
Kostyuşko (dağ)
Kostyuşko (pol. Kosciuszko, yerli tələffüz — Kozi-osko (ˈkɔziˌɔskoʊ, BFƏ) ) — Avstraliya qitəsinin ən yüksək zirvəsi. Yeni Cənubi Uels ştatının cənubunda və bu ştatla həmsərhəd olan Viktoriya ştatının yaxınlığında, eyni adlı milli parkın ərazisində yerləşir. Zirvənin hündürlüyü 2228 metrdir. İlk dəfə 1840-cı ildə fəth edilmişdir. Zirvə, Avstraliya Alpında yerləşir. == Tarixi == Dağın zirvəsinə qalxmış ilk insan polyak səyahətçisi, coğrafiyaçı və geoloq Pavel Edmund Stşeleski olmuşdur. O bu dağın adını hərbçi və siyasətçi Taeduş Kostyuşkonun şərəfinə adlandırmışdır. == Maraqlı faktlar == Əvvələr bu dağın adı Taunsend idi, "Kostyuşko" adı isə bu dağa qonşu olan o zamanlar, Avstraliya Alpında ən yüksək zirvə hesab edilmiş dağa verilmişdir. Sonralar tədqiqatlar nəticəsində məlum oldu ki, Taunsend dağı "Kostyuşko" dağından 20 metr hündürdür.
Kömüratan (dağ)
Kömüratan dağı — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 71 metrdir. Təpə Kömüratan gölü ilə təsərrüfat məqsədli istifadə olunmuş (hazırda şorlaşmış) bir digər göl arasında yerləşir. Təpə Bakı-Quba magistral yolundan bir qədər aralıdadır.
Laçın (dağ)
Laçın — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayının sağ tərəfində (Tutqunçayın mənsəbində) yerləşir. Hündürlüyü 2262 m. dağ yerli əhali arasında Laçıntaxtı və ya Laçınqaya, dağdakı qədim Hovqalanın (XII əsr) adi ilə Levqala qayası da adlanır. Laçın oronimi türk dillərindəki yalçin (sıldırım) sözünun təhrif olunmuş fonetik forması hesab edilir. Dağın belə adlanması onun zirvəsinin sıldırım qayalıq olması ilə bağlıdır.